
Bakı. Trend:
MDB-nin baş katibi Sergey Lebedev bazar günü Azərbaycanda
keçirilən III MDB Oyunlarının təşkilatçılarını, iştirakçılarını və
qonaqlarını təbrik edib və bildirib ki, MDB Oyunları yalnız idman
yarışları ilə məhdudlaşmır.
Trend xəbər verir
ki, təbrikdə qeyd olunub ki, bu oyunlar idmanın dövrümüzün ən güclü
birləşdirici qüvvəsi olduğunu bir daha göstərir.
Sergey Lebedev vurğulayıb ki, III MDB Oyunları Birlik
ölkələrinin idman hərəkatında əbədi iz qoyacaq və humanitar
əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
O, bütün gənc idmançılara idman uğurları, yeni rekordlar və
şəxsi yüksəlişlər arzulayıb.
“Qoy bu Oyunlar həm idman arenalarında, həm də ölkələrimizin
rifahı naminə quruculuq işlərində yeni nailiyyətlərə ilham versin”,
– deyə MDB-nin baş katibi yekunlaşdırıb.