İtaliya kişi voleybol komandası dünya çempionu olub

Baş səhifə

Bakı. Trend:

İtaliya milli yığması kişi komandaları arasında keçirilən
voleybol üzrə dünya çempionatının qalibi olub.

Trend xəbər verir
ki, Filippinin paytaxtı Manilada keçirilən final oyununda İtaliya
Bolqarıstan komandası üzərində 3:1 hesabı ilə qələbə qazanıb.




İtaliya Prezidenti Sercio Mattarella milli komandanın üzvlərini
qələbə münasibətilə təbrik edib və onlarla Romanın “Quirinale”
Sarayında görüşməyi səbirsizliklə gözlədiyini bildirib. Baş nazir
Ciorcia Meloni isə yığmanı qalib İtaliyanın qüruru adlandırıb.

Bu, İtaliya kişi voleybol millisinin ardıcıl ikinci, ümumilikdə
isə beşinci dünya çempionluğu olub (1990, 1994, 1998, 2022 və
2025). Qeyd edək ki, İtaliya qadın voleybol komandası da sentyabrda
dünya çempionu adını qazanıb.