
Bakı. Trend:
Gəncə və ölkəmizin daha 6 şəhərində bu gündən start götürən III
MDB Oyunları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən
təhlükəsizlik tədbirləri təmin olunur.
Trend xəbər verir ki, polis
əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai
qaydanın qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədilə
birgə naryad qrupları şəklində xidmət aparırlar.
Oyunların keçirildiyi bütün ünvan və ərazilər nəzarətə
götürülüb, asayişin təmin olunması istiqamətində zəruri tədbirlər
görülür.