Netanyahu HAMAS üzvləri üçün amnistiya ehtimalını istisna etməyib

Baş səhifə

İsrailin baş naziri Benyamin Netanyahu, Qəzzada əməliyyatların başa çatmasından sonra HAMAS hərəkatının üzvlərinə amnistiya verilməsi imkanını istisna etməyib.

APA xəbər verir ki, Netanyahu “Fox News”a müsahibəsində mövzunun müzakirə olunduğunu, lakin işlənib hazırlanması lazım olduğunu deyib.

“Düşünürəm ki, bunun təfərrüatları hələ işlənməlidir. Amma əvvəlki bəyanatlarda demişdim ki, əgər HAMAS liderləri müharibəni dayandırsalar və bütün girovları azad etsələr, biz onların xaricə çıxmasına icazə verəcəyik”, –o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir