Qəzzada daha bir jurnalist həlak oldu

Baş səhifə

İsrailin Qəzza zolağına hücumları nəticəsində bir fələstinli jurnalist həlak olub.

Metbuat.az xəbər verir ki, Qəzza Hökumətinin Media Ofisindən verilən açıqlamaya görə, İsrail ordusu Deyr əl-Bəlahda çadıra hücum edib. Hücum zamanı Fələstin Media Mərkəzinin əməkdaşı, jurnalist Məhəmməd əl-Daye həlak olub.

Bununla da 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin hücumlarında həyatını itirən jurnalistlərin sayı 252-yə çatıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir