Almaniyanın daxili işlər naziri Suriyaya deportasiya üzrə sürətli razılaşma əldə etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt cari ildə
Suriyaya qayıdış və deportasiya üzrə sürətli razılaşma əldə etməyi
planlaşdırır.

Trend xəbər verir ki, nazir
“Rheinische Post” qəzetinə müsahibəsində bu istiqamətdə
danışıqların tezliklə başlayacağını bildirib. O, Almaniyanın
Miqrasiya və Qaçqınlar İdarəsinə (BAMF) Suriya vətəndaşları üçün
dayandırılmış sığınacaq prosedurlarını qismən bərpa etməyi
tapşırdığını deyib. Bununla da, sığınacaq müraciətləri qəbul
olunmayan şəxslərin deportasiyası həyata keçiriləcək.




“Biz hələ bu il Suriya ilə razılaşma əldə etmək, əvvəlcə
cinayətkarları, sonra isə yaşayış hüququ olmayan şəxsləri
deportasiya etmək istəyirik. Bu məsələdə yaxşı inteqrasiya olmuş və
işləyən şəxslərlə sığınacaq hüququ olmayan və sosial yardım alan
şəxsləri ayırmaq lazımdır”, – deyə Dobrindt bildirib.

Qeyd edək ki, Almaniyadan Suriyaya sonuncu deportasiya 2012-ci
ildə həyata keçirilib. İyulun sonuna olan məlumata əsasən,
Almaniyada 955 min suriyalı yaşayır. Son bir ildə 83 150 suriyalı
Almaniya vətəndaşlığı alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir