
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, sentyabrın 30-da
Virciniya ştatında ölkənin müdafiə naziri Pit Heqsetin generallar
və admirallarla planlaşdırılan görüşü onların döyüş əzmini
gücləndirmək məqsədi daşıyır.
Trend xəbər verir ki, Tramp
bu barədə “Reuters” agentliyinə müsahibəsində danışıb.
“Mən generallara bildirmək istəyirəm ki, biz onları sevirik.
Onlar hörmətli liderlərdir və güclü, qətiyyətli, eyni zamanda
ağıllı və mərhəmətli olmalıdırlar”, – deyə ABŞ Prezidenti görüşdə
iştirak edəcəyini təsdiqləyib.
Tramp əlavə edib: “Əsas məsələ hərbi birliyin ruhudur. Artıq
bunun vaxtı çatıb.”