Kanadada hava limanları terminalların nasazlığına görə fəaliyyətini dayandırıb

Baş səhifə

Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) özünəxidmət qeydiyyat köşklərində yaranan nasazlıq ölkə daxilində hava limanlarının bağlanmasına səbəb olub.

APA xəbər verir ki, bu haqda CTV-nin məlumat yayıb.

“CBSA-nın özünəxidmət qeydiyyat köşklərində yaranan nasazlıq səbəbindən yüzlərlə, hətta minlərlə sərnişin təyyarələrdə qalıb və ya ölkənin çoxsaylı hava limanlarında uzun izdihamlarla üzləşib”, – kanal bildirib.

Ölkənin sərhəd xidməti nasazlığın aradan qaldırılması üzərində işlədiyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir