III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün
səkkiz idman növü üzrə yarışlar keçiriləcək.

Trend xəbər verir ki, Qəbələ
İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların
final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq.

Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında
üzgüçülük üzrə yarışlar təşkil olunacaq. Qəbələ Şəhər Stadionunda
isə iki futbol matçı oynanılacaq. Belarus Özbəkistan, Qırğızıstan
Tacikistanla üz-üzə gələcək.




Bu gün, həmçinin 4 növ üzrə yarışlara start veriləcək. Göygöl
Olimpiya İdman Kompleksində sambo, Yevlax Olimpiya İdman
Kompleksində boks, Mingəçevir Kür Olimpiya Olimpiya Mərkəzində
taekvondo yarışları baş tutacaq. Gəncə İdman Sarayında isə voleybol
matçları gerçəkləşəcək. Azərbaycanın qadınlardan ibarət millisi
Tacikistanla qarşılaşacaq. Matç saat 18:30-da başlayacaq.

13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB
Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir