Neftçalada daş lövhəyə çırpılan motosikletin sürücüsü ölüb

Baş səhifə

Neftçalada motosiklet daş lövhəyə çırpılıb, sürücü ölüb.

APA xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Ərziman Fərəcov “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə hərəkətdə olarkən idarəetməni itirib.

O, yolun kənarında olan daş lövhəyə çırpılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir