Bakıda “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans keçirilir

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 29-da Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv
dövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Türk
Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor
kimi” mövzusunda konfrans keçirilir.

Trend xəbər
verir ki, konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş
beynəlxalq münasibətlər sistemində TDT-nin rolu, qarşılaşdığı
strateji çağırışlar və üzv dövlətlər üçün yaranan yeni əməkdaşlıq
imkanlarını müzakirə edəcəklər. Tədbir təşkilatın regional və
qlobal miqyasda mövqeyinin gücləndirilməsi istiqamətində
intellektual fikir mübadiləsi üçün mühüm platforma rolunu
oynayacaq.

Konfrans çərçivəsində aşağıdakı mövzularda panel sessiyalar
təşkil olunacaq:

  • Siyasi təhlükəsizliyin qeyri-müəyyənliyi dövründə TDT-nin
    qlobal sülh və sabitliyə töhfələri;
  • İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına,
    ticarət və nəqliyyat əlaqələrinə töhfələri;
  • Qlobal qeyri-müəyyənlik dövründə TDT-nin mədəniyyət, elm və
    parlamentarizm üzrə siyasəti.

Tədbirdə iştirak edəcək beyin mərkəzlərinin nümayəndələri
regional əməkdaşlığın möhkəmləndirilməsi, TDT-nin beynəlxalq
arenadakı rolunun genişləndirilməsi və yeni təşəbbüslərin irəli
sürülməsi imkanlarını müzakirə edəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir