İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli tutuldu

Baş səhifə

Bakı. Trend:

İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli tutulub.

Trend-in əldə etdiyi məlumata görə, sentyabrın 28-də
saat 23 radələrində İsmayıllı rayonunun Talıstan kəndi ərazisində
şəxsi münasibətlər zəminində insident olub.

Hadisədə rayon sakinləri — 2005-ci il təvəllüdlü, 2008-ci il
təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə
müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.




Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli,
2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir