Orta Dəhliz Türk inteqrasiyasının rəmzidir – Jandos Şaymardanov

Baş səhifə

Bakı. Trend:

Orta Dəhliz həm türk dünyasına aid, həm də diplomatiyanı və
nəqliyyat əlaqəliliyini təcəssüm etdirən, qlobal qeyri-müəyyənlik
şəraitində sabitliyi möhkəmləndirən bir rəmz kimi qəbul
edilməlidir.

Trend xəbər verir
ki, bunu Qazaxıstan Prezidenti yanında Strateji Tədqiqatlar
İnstitutunun direktoru Jandos Şaymardanov Bakıda keçirilən Türk
Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin beyin mərkəzləri
konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında ABŞ-də
paraflanmış sülh sazişi layihəsi tarixi bir dönüş nöqtəsidir və
bütün türk dünyasının ortaq qələbəsi sayılır. Bu, infrastrukturun
təkcə iqtisadi aktiv deyil, həm də sabitliyin və uzunmüddətli
əməkdaşlığın siyasi təminatı olduğu bir mühit yaradır.




“Ümumiyyətlə, sərhədlər açıldıqda, prosedurlar harmonizasiya
edildikdə, energetika, ticarət və insanların sərbəst hərəkəti təmin
olunduqda, münaqişə üçün stimullar azalır, əməkdaşlıqdan əldə
edilən faydalar isə artır. Məhz bu yolla coğrafiya sülhə çevrilir”,
– deyə o qeyd edib.

Şaymardanov “yaşıl enerji” dəhlizi layihəsi (Qara dəniz
vasitəsilə) və Azərbaycanla Qazaxıstan arasında çəkiləcək sualtı
fiber-optik xətt də daxil olmaqla enerji və rəqəmsal təşəbbüslərin
əhəmiyyətini vurğulayıb. Bildirib ki, onların birgə icrası elektrik
enerjisi və məlumat axınını birləşdirən Xəzər–Qara dəniz “ikiqat
dəhlizini” formalaşdıra bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir