Son 2 gün ərzində 67 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb – DİN

Baş səhifə

Bakı.Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
sentyabrın 27-də və 28-də ümumi çəkisi 67,4 kiloqramdan artıq olan
narkotik vasitə aşkarlanaraq götürülüb.

Trend xəbər
verir ki, bu barədə DİN-dən məluymat verilib.




Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr
– 46,6 kiloqramdan çox marixuana, 3 kiloqram həşiş, 2 kiloqramdan
çox tiryək, 800 qramdan artıq heroin və 15 kiloqrama yaxın
psixotrop maddə metamfetamin olub.

Əlavə olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri
davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir