TDT regionun sabitlik mənbəyi kimi nəzərdən keçirilməlidir – Türkiyə XİN rəsmisi

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatını özünü başqa ölkələrlə qarşı-qarşıya
qoyan “üçüncü blok” kimi yox region və onun hüdudlarından kənarda
sabitlik mənbəyi kimi nəzərdən keçirmək lazımdır.

Trend xəbər verir
ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji
Araşdırmalar Mərkəzinin departament rəisi Turxan Dılmaç Bakıda
keçirilən TDT üz dövlətlərinin beyin mərkəzlərinin konfransında
etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, türk inteqrasiyası eksklüzivlik və
qarşıdurmanı nəzərdə tutan blok kimi deyil, nüfuzlu regional
iştirakçının formalaşması prosesi kimi qəbul olunmalıdır.

“Biz qlobal qeyri-müəyyənlik dövründə yaşayırıq və türk
dövlətlərinin həmrəyliyi həlledici əhəmiyyət daşıyır. Onun konkret
nəticələrini, həmçinin Qarabağ hadisələri zamanı gördük”, – deyə
Dılmaç vurğulayıb.

O, TDT-nin qlobal sabitliyə töhfə verə biləcəyi istiqamətlər
sırasında dialoq və vasitəçilik, terrorizm və ekstremizmlə
mübarizə, əlaqəlilik və iqtisadi dayanıqlığın inkişafı, humanitar
həmrəylik, mədəni diplomatiya və gənclərin cəlb olunması kimi
məsələlərə diqqət çəkib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir