
Bakı. Trend:
Bu il ərzində 10-dan çox Afrika ölkəsinə hökumət missiyaları
təşkil etmişik, səfərlərimiz olub.
Trend xəbər
verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un Baş
məsləhətçisi Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsi
çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Afrika qitəsinə münasibətdə Azərbaycanın xarici
siyasətində yeni bir gücləndirilmiş strategiya var:
“Yəni artıq biz bu il ərzində 10-dan çox Afrika ölkəsinə hökumət
missiyaları təşkil etmişik, səfərlərimiz olub. Bir çox Afrika
ölkələrindən həm liderlər, həm də xarici işlər nazirləri, hökumət
rəsmiləri səviyyəsində Bakıda səfərlər olub. Əsas məqsəd bu
ölkələrlə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin yeni
istiqamətinin müəyyən olunmasıdır. Bunun üçün dövlət qurumlarımız
da hərəsi öz istiqaməti üzrə çalışır. İnvestisiya, iqtisadi-ticari
əməkdaşlıq imkanları dəyərləndirilir. Bunu bizim üçün yalnız böyük
bir faydası ola bilər”.
“Çünki biz Afrika qitəsindəki diplomatik təmsilçiliyimizi də
gələcəkdə genişləndirmək planlarımızla birlikdə bu ölkələrin
gələcəkdə beynəlxalq platformalarda daha böyük dəstəyini qazana
bilərik. Eyni zamanda biz həmin ölkələrlə ortaq dəyərləri
bölüşürük”, – nazir müavini əlavə edib.