Bakıdakı COP qlobal iqlim öhdəliyini möhkəmləndirib – BMT nümayəndəsi

Baş səhifə

Bakı. Trend:

Biz bu gün planetimiz üçün son dərəcə vacib bir mərhələdə
görüşürük. Bakı İqlim Fəaliyyəti Həftəsi kimi forumlar iqlim
dəyişikliyi ilə mübarizədə xüsusilə mühüm rol oynayır və birgə
səylərə təkan verir.

Trend xəbər verir
ki, bunu BMT Baş katibinin xüsusi nümayəndəsi Damilola Oqubiyi Bakı
İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq
konfransda bildirib.




“Builki Həftənin xüsusi əhəmiyyəti var, belə ki o, BMT Baş
Assambleyasından cəmi bir neçə gün sonra və COP30-un Belendə
keçirilməsinə bir neçə həftə qalmış keçirilir. Bakıda keçirilən
COP29 mühüm irəliləyiş olub: ölkələr 2035-ci ilədək ildə ən azı 300
milyard dolların səfərbər edilməsinə razılıq verib və Enerji
Saxlayıcılarının və Elektrik Şəbəkələrinin İnkişafı üzrə Qlobal
öhdəlikləri dəstəkləyiblər”, – deyə o bildirib.

Oqubiyi qeyd edib ki, 2030-cu ilə qədər emissiyalar 2019-cu illə
müqayisədə 43% azaldılmalıdır, lakin dünya təhlükəli bir
trayektoriya üzrə hərəkət edir və temperatur 2,5–2,9°C
yüksələcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir