Sumqayıtda sərnişin avtobusunda yanğın olub

Baş səhifə

Sumqayıtda sərnişin avtobusu yanır.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar, əraziyə Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir