BMT: Qeyri-mümkün görünən kompromisi COP29 Sədrliyi bacardı

Baş səhifə

COP 29 tədbiri və hazırlıq prosesi nümunəvi oldu. Çünki diqqət mərkəzində ən çətin məsələ maliyyə ilə bağlı idi.

APA-Economics” xəbər verir ki, bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Körösi deyib.

Onun sözlərinə görə, BMT danışıqlarında maliyyə məsələləri həmişə çətin olur. Çünki hər ölkə geri dönüb öz parlamentində, maliyyə nazirliyində bunun izahını verməlidir:

“Demək olar ki, qeyri-mümkün görünən kompromisi COP29 Sədrliyi bacardı. Ona görə əldə olunan razılaşma tarixi razılaşma idi. COP29-dan əvvəl belə bir sual vardı: bu cür böyük tədbirləri keçirmək həqiqətən lazımdırmı?

70–100 min insanın iştirakı həqiqətən səmərəli qərar qəbul etməyə kömək edirmi?

Bunun karbon izi çox böyük deyilmi?

Bunun üçün xərclənən pullar doğrudanmı dəyərlidir?

Amma Bakı göstərdi ki, bəli, bu tədbirlər lazımdır. Çünki biznes cəmiyyətinin, vətəndaş cəmiyyətinin, şəhərlərin və icmaların prosesdə iştirakı olduqca vacibdir” – deyə o, əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir