
Bakı. Trend:
Qazaxıstan Asiya və Avropa arasında etibarlı ticarət
arteriyasını təmin etməklə Türk Dövlətləri Təşkilatının əsas
nəqliyyat layihəsi olan Orta dəhlizin inkişafında fəal şəkildə
iştirak edir
Trend xəbər verir
ki, bunu Qazaxıstanın Strateji Araşdırmalar İnstitutunun baş elmi
əməkdaşı Sanat Kuşkumbayev Bakıda TDT üzv dövlətlərinin beyin
mərkəzlərinin konfransında çıxışında deyib.
O qeyd edib ki, Qazaxıstan TDT-nin inkişafını tarixi məsuliyyət
və iqtisadi dayanıqlılığı, şaxələndirilməni və regional
inteqrasiyanı gücləndirə biləcək strateji resurs kimi
qiymətləndirir.
“Orta Dəhliz TDT-nin flaqman layihəsidir və qlobal ticarətin
sabitliyinə vacib töhfədir. Bu gün onun əhəmiyyəti qeyri-sabitlik
şəraitində xeyli artıb”, – deyə ekspert söyləyib.

