Azərbaycan “yaşıl enerji”yə inteqrativ yanaşma nümunəsi nümayiş etdirir – Çabu Körösi (Özəl)

Baş səhifə

Bakı. Trend:

Təbii ehtiyatlar baxımından zəngin olan Azərbaycan, yalnız milli
maraqları deyil, həm də regionun ehtiyaclarını nəzərə alaraq, bərpa
olunan enerji sahəsində liderliyini göstərir.

Bunu Trend
açıqlamada BMT Baş Assambleyasının 77-i sessiyasının prezidenti
Çabu Körösi bildirib.

Onun sözlərinə görə, xüsusilə Azərbaycan tərəfindən tətbiq
olunan inteqrativ yanaşma diqqət çəkir – bu yanaşma enerji
istehsalını, onun “yaşıl”laşdırılmasını, saxlanmasını, paylanmasını
və tələbin idarə edilməsini əhatə edir.




Körösi qeyd edib ki, bu, dünyanın bir çox ölkəsi üçün nümunə ola
bilər.

“Çoxsaylı çətinliklərə, gözləntilərə və nəticəyə marağı az olan
iştirakçıların fəaliyyətinə baxmayaraq, COP29 çox təsirli nəticələr
əldə etdi. Bizim əlimizdə perspektivli nəticələr çoxdur, lakin
onların reallaşdırılması hələ də böyük ölçüdə həllini tapmayıb”, –
deyə o bildirib.

Onun sözlərinə görə, Bakı İqlim Fəaliyyəti Həftəsinin
keçirilməsi əldə edilmiş razılaşmaların icrasına olan təkanın
qorunması, götürülmüş öhdəliklərin xatırladılması və praktiki
tədbirlərin beynəlxalq arenada stimullaşdırılması baxımından son
dərəcə vacibdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir