İqlim dəyişikliyini həm ətraf mühit, həm də iqtisadi prioritet kimi qəbul etməliyik – Viktor Kovalenko

Baş səhifə

Bakı. Trend:

Dekarbonizasiya yalnız hökumətlərin işi deyil, o, hər bir
müəssisənin gündəlik fəaliyyətindən irəli gəlir. Bizneslərin
ehtiyacı olan, yalnız aydın çərçivə və istiqamətdir.

Trend xəbər
verir ki, bunu “EY” şirkətinin Mərkəzi Asiyada İqlim Dəyişikliyi və
Dayanıqlı İnkişaf Xidmətləri rəhbəri Viktor Kovalenko Bakı İqlim
Fəaliyyəti Həftəsində bildirib.

O qeyd edib ki, şirkətlər iqlim dəyişikliyinin əməliyyatlarına
konkret risklər törətdiyini görəndə, bu məsələ risk idarəçiliyinin
bir hissəsinə çevrilir:




“Risk idarəçiliyi isə hər bir biznesin başa düşdüyü bir
anlayışdır. İqlim dəyişikliyi real maliyyə təsirinə, xərclərə,
risklərə və imkanlara çevrildikdə şirkətlər hərəkətə keçir. Çünki o
vaxt məsələ yalnız ətraf mühitlə bağlı deyil, bu, pul, rəqabət
qabiliyyəti və uzunmüddətli dayanıqlılıq məsələsidir”.

V. Kovalenkonun fikrincə, buna görə də iqlim dəyişikliyi həm
ətraf mühit, həm də iqtisadi prioritet kimi qəbul edilməlidir:
Risklər realdır, imkanlar da realdır. Hökumətlər və biznes birlikdə
çalışdıqda, biz bu riskləri idarə edə və eyni zamanda daha təmiz,
dayanıqlı və mənfəət gətirən iqtisadiyyat qura bilərik”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir