“Qarabağ” – “Kopenhagen” oyununa hakim təyinatları açıqlanıb

Baş səhifə

“Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.

Metbuat.az xəbər verir ki, qarşılaşmanı niderlandlı FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

Yan xətt hakimləri Ervin Zeynstra ilə Patrik İnya, dördüncü hakim Yannik Van Der Laan olacaq.

VAR-da Rob Dyeperin AVAR-da Yerun Manshot əyləşəcəklər.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir