Ölkəmizdə fəaliyyət göstərən startapların Mərkəzi Asiyada fəaliyyət imkanları genişlənəcək – Fərid Osmanov

Baş səhifə

Bakı. Trend:

İnnovasiya və Regional İnkişaf Agentliyi olaraq biz ölkəmizdə
innovasiya ekosisteminin qurulması, bu istiqamətdə bilikli və
bacarıqlı insan kapitalının formalaşdırılması, uyğun startap
ekosisteminin yaradılması, startapların həm ölkə bazarında inkişaf
etdirilməsi, həm də xarici bazarlara çıxışı istiqamətində davamlı
tədbirlər həyata keçirmişik.

Trend
xəbər verir ki, bu sözləri İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanov jurnalistlərə
açıqlamasında deyib.




O bildirib ki, bu tədbirlərin davamı olaraq innovasiya
ekosisteminin vacib elementlərindən biri maliyyə vasitələrinə
çıxışın artırılmasıdır.

“Bu istiqamətdə Agentlik olaraq iki fondla əməkdaşlıq edirik və
bugünkü tədbir çərçivəsində üçüncü fondun yaradılması prosesinə
başlamışıq. Artıq Vital Capital Venture Fondu ilə əməkdaşlıq
istiqamətində danışıqları tamamlayırıq. Müvafiq fondun yaradılması
üzrə işlər yekun mərhələyə çatıb. Vital Capital Fondu Mərkəzi
Asiyada mövcud olan ən böyük vençur fondlardan biridir və bu fond
vasitəsilə ölkəmizdə formalaşmaqda olan startap ekosisteminin
maliyyə vəsaitlərinə daha rahat çıxışı təmin olunacaq. Eyni zamanda
ölkəmizdə fəaliyyət göstərən startapların təkcə ölkə daxilində
deyil, həm də Mərkəzi Asiya və digər regionlarda da fəaliyyət
imkanları genişlənəcək. Hiss edirik ki, bu istiqamətdə görülən
işlər startaplarımız üçün olduqca faydalı olacaq. Fondun kapitalı
ilkin mərhələdə Agentlik tərəfindən maliyyələşdiriləcək. İlk
mərhələdə 1 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur və bu
istiqamətdə danışıqlar davam edir”,- deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir