OpenAI rəsmisi: Azərbaycan şirkətləri üçün ən böyük imkan tətbiqlərin yaradılmasıdır

Baş səhifə

Azərbaycan şirkətləri üçün ən böyük imkan tətbiqlərin yaradılmasıdır.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən tədbirdə OpenAI şirkətinin məsləhətçisi, şirkətin keçmiş departament rəhbəri Zak Kass deyib.

Onun sözlərinə görə, süni intellekt sahəsində hazırda iki əsas istiqamət mövcuddur – iri model istehsalçıları tərəfindən frontier modellərin hazırlanması və tətbiqlərin yaradılması: “Hazırda əsas sual budur ki, GPT-6 və ya GPT-7 kimi növbəti modellərin yaradılması iqtisadi baxımdan nə dərəcədə səmərəli olacaq. Lakin çox vaxt tətbiq mərhələsi unudulur. Halbuki, məhz tətbiqlər bazarın formalaşmasında həlledici rol oynayır”.

Z.Kass qeyd edib ki, Silikon Vadisindən kənarda yaradılan tətbiqlərin uğurları getdikcə artır: “Mənim ən güclü tövsiyəm odur ki, Azərbaycan kimi ölkələrdə şirkətlər ilk növbədə yerli bazar üçün tətbiqlər yaratsınlar. Çünki bu bazarlar kifayət qədər böyükdür. Digər mühüm istiqamət isə infrastrukturun qurulmasıdır – data əməliyyatları, ML ops, texniki ‘plumbing’. Amma mən böyük data mərkəzlərinə və modellərin fundamental araşdırmalarına sərmayə yatırmağı tövsiyə etməzdim”.

O əlavə edib ki, Azərbaycana ilk dəfə gəlib: “Bakı çox gözəl şəhərdir, burada olmaq mənim üçün böyük şərəfdir və düşünürəm ki, gələcəkdə də yenidən buraya gələcəyəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir