Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azercell Telekom gənc qızların İT və İKT sahəsində inkişafını
təşviq etmək istiqamətində fəaliyyətini davam etdirir. Ötən il
start verilən “Uğur qızlarımızındır” təşəbbüsünün davamı olaraq, bu
il də Kompüter elmləri və İnformasiya təhlükəsizliyi ixtisasları
üzrə ən yüksək bal toplayan tələbə qızlarla xüsusi görüş
keçirilib.

Tələbələri təbrik edən Azercell-in Hüquq və Data Strategiyası
üzrə Baş direktoru Şirin Əliyeva deyib: “Gənc qızların İT sahəsində
uğurları onların şəxsi nailiyyəti olmaqla bərabər, həm də ölkənin
rəqəmsal gələcəyinə verdikləri töhfədir. Azercell olaraq biz
onların bu yolda daha da irəliləməsi üçün yeni imkanlar yaratmağa
və potensiallarını reallaşdırmalarına dəstək olmağa hazırıq.”

Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri
departamentinin direktoru Sona Abbasova tələbələrə şirkətin
korporativ məsuliyyət strategiyası, xüsusilə qadınların
gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqında
məlumat verib: “Azercell üçün təhsilə, habelə bilik və bacarıqların
artırılmasına dəstək vermək əsas prioritetlərdəndir. Biz inanırıq
ki, bu təşəbbüslə gənclərin potensialını üzə çıxarmaq və onların İT
sahəsində inkişafına yardım göstərmək mümkündür.”

Görüşdə tələbələrə dəyərli hədiyyələr və “DigiMax 10” tarif
paketinə bir illik abunəlik təqdim olunub.




Azercell uzun illərdir təqaüd proqramları, təcrübə imkanları və
müxtəlif sosial layihələr vasitəsilə gənclərin bilik və
bacarıqlarını inkişaf etdirməsinə dəstək göstərir və onların
peşəkar mütəxəssis kimi formalaşmasına töhfə verir.

Azercell bu il ali məktəbə qəbul olmuş bütün tələbələri təbrik
edir, onlara uğurlar arzulayır!

Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin
nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan
Mərkəzi tərəfindən təqdim olunub

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir