Şimali Kipr TDT-nin logistika və enerji mərkəzinə çevrilə bilər – Lətif Akça

Baş səhifə

Bakı. Trend:

Şimali Kipr Türk Dövlətləri Təşkilatının (TDT) logistika, enerji
və təhsil mərkəzinə çevrilə bilər.

Trend xəbər verir
ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti yanında
vətəndaş cəmiyyəti təşkilatları ilə təmaslar üzrə əlaqələndirici
Lətif Akça TDT beyin mərkəzlərinin konfransı çərçivəsində
bildirib.

Onun sözlərinə görə, Şimali Kipr Türk Respublikasının Şərqi
Aralıq dənizindəki strateji mövqeyi, ticarət mallarının türk
dünyasından Avropa və Afrikaya sürətli və təhlükəsiz daşınması üçün
limanlar və dəniz infrastrukturundan, o cümlədən modernləşdirilmiş
Famaqusta limanından istifadə etməyə imkan verir.




Lətif Akça qeyd edib ki, sərbəst limanlar və azad ticarət
zonaları birgə ticarət təşəbbüslərinin inkişafına təkan
verəcək.

O bildirib ki, region TDT-nin enerji təhlükəsizliyi baxımından
strateji əhəmiyyətə malikdir. Şərqi Aralıq dənizinin təbii
ehtiyatları enerji resurslarının təhlükəsiz daşınması və
rəqəmsallaşdırılması üçün yeni imkanlar açır, bu da regionda
sabitliyi möhkəmləndirmiş olur.

Akça əlavə edib ki, Şimali Kiprdə 25-dən çox universitet və 110
mindən çox tələbə fəaliyyət göstərir. Bu isə TDT ölkələri arasında
akademik əməkdaşlığa, tələbə mobilliyinə, mədəni mübadiləyə və
diplomatik əlaqələrə vəsilə olur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir