“BakuBus” MMC-nin Gəncə Avtoparkına mediatur təşkil edilib

Baş səhifə

Gəncədə yeni istifadəyə verilən “BakuBus” MMC-nin Gəncə Avtoparkına mediatur təşkil edilib.

APA-nın yerli bürosunun məlumatına görə, jurnalistlər “BakuBus” MMC-nin Gəncə Avtoparkın ərazisi ilə tanış olublar.

Media nümayəndələri yeni istifadəyə verilən “BakuBus” MMC-nin Gəncə Avtoparkına ərazisinə baxış keçirdikdən sonra onlara avtopark haqqına məlumat veriliblər. Bildirilib ki, parkın inşasına bu ilin yanvarında başlanıb. 300 yerlik avtoparkın ümumi sahəsi 10 hekatardır. Parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib.

Avtobus parkının yaradılması nəticəsində 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir. Jurnalistlərin nəzərinə çatdırılıb ki, bu layihənin həyata keçirilməsi, ilk növbədə, paytaxt Bakıdan sonra respublikanın ən böyük şəhəri olan Gəncənin nəqliyyat-sərnişin daşıma infrastrukturunun müasirləşdirilməsi baxımından çox mühüm rol oynayır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir