Ermənistan silahlı qüvvələrinin Aprel döyüşləri zamanı mülki əhaliyə və mülki obyektlərə vurduğu zərərlə bağlı sənədlər məhkəmədə elan olunub

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 29-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası
vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi
sənədlərin elan olunması ilə davam etdirilir.

Trend xəbər verir ki, elan edilən sənədlərdən biri 2016-cı ildə
Aprel döyüşləri zamanı mülki şəxslərə yetirilmiş bədən xəsarətləri,
onların həyatlarına yönəlmiş qəsd, əmlaklarına vurulmuş ziyan və s.
epizodlarla bağlı olub. Epizodlar üzrə tədqiq edilən sənədlərdən
birində qeyd olunub ki, 2016-cı ilin aprel ayının 2-dən 28-dək olan
dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam,
Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının müdafiəsiz
yaşayış məntəqələrinin ərazilərində, həmçinin təhsil və tibb
müəssisələrinə, eləcə də mülki əhaliyə və döyüşlərdə iştirak
etməyən ayrı-ayrı mülki şəxslərə iriçaplı atıcı silahlardan,
minaatan və qumbaralardan, artilleriya qurğularından intensiv atəş
açmaqla, hərbi zərurət olmadan hücum edilməklə çoxsaylı cinayət
əməlləri törədilib. Sənədlərin tədqiqi zamanı cinayət işləri üzrə
hadisə yerindən fotolar da nümayiş olunub.




Sonra Tərtər rayonunun Əskipara kəndinin “ağ fosfor” tərkibli
122 millimetr kalibrli, P-4 markalı top mərmisi ilə atəşə
tutulması, Qurbanov Çingiz Salman oğlunun öldürülməsi (ölümündən
sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib – red.), Əkbərli
Hüseyn Zakir oğlunun öldürülməsi, işğal altında saxlanılmış
ərazilərdə iqtisadiyyat və digər sahələrdə törədilmiş cinayət
faktları üzrə və s. sənədlər tədqiq edilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir