
Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı (TDT) “Turkic World 2040 Vision” və
TDT-nin 2022-2026-cı illəri əhatə edən strategiyası çərçivəsində
aktiv şəkildə iqtisadiyyat, nəqliyyat, media və təhsil sahələrində
proqram və layihələr gerçəkləşdirərək, 6-7 oktyabr də Qəbələdə
keçiriləcək 12-ci sammitə hazırlaşır.
Trend xəbər verir
ki, bunu TDT-nin baş katibinin müavini Ömər Kocaman təşkilata üzv
dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilən konfransında
deyib.
Kocaman vurğulayıb ki, indiki görüş dünyadakı dəyişikliklərə
uyğunlaşmaq və yeni ideyaları yeniləmək baxımından
əhəmiyyətlidir.
“Bugünkü görüş bizə yeni ideyaları müzakirə etmək və Türk
dövlətləri arasında əməkdaşlığı gücləndirmək imkanı verir”, – deyə
o qeyd edib.
O, Azərbaycanın “türk dünyasının iki qanadı arasında körpü”tək
xüsusi rola malik ölkə olduğunu diqqətə çatdırıb. Baş katibin
müavini qeyd edib ki, TDT ümumi tarix və köklər əsasında təbii bir
birlikdir.