Azərbaycan iqlim gündəliyində öz liderliyini sübut edib – BMT baş assambleyasının keçmiş prezidenti

Baş səhifə

Bakı. Trend:

Azərbaycan COP29-un hazırlığı və keçirilməsi çərçivəsində
verdiyi bütün vədləri yerinə yetirməyə nail olub və qlobal iqlim
gündəliyində lider mövqeyini qorumaqda davam edir.

Trend xəbər verir
ki, bunu BMT-nin Baş Assambleyasının 73-cü sessiyasının prezidenti
Mariya Fernanda Espinosa Bakı İqlim Fəaliyyəti Həftəsi 2025
konfransı çərçivəsində deyib.




Onun sözlərinə görə, 100-dən çox silahlı münaqişəni, enerji və
maliyyə böhranlarını əhatə edən mürəkkəb beynəlxalq şəraitə
baxmayaraq, Azərbaycan COP29 konfransının təşkilini tam həcmdə
təmin edib, 300 milyard dollarlıq yeni iqlim maliyyələşdirilməsinin
işə salınması, İtki və Zərərə cavab verən Fondun yaradılması və tam
fəaliyyətə başlaması, həmçinin karbon bazarlarına dair (Paris
sazişinin 6-cı maddəsi) qərarların qəbul edilməsi üzrə əsas
vəzifələri icra edib.

“Azərbaycandan logistika və təşkilati məsələlərdən tutmuş
danışıqların real nəticələrinə kimi – nə gözlənilirdisə hamısı
gerçəkləşdi. Bu, təkcə bir dəfəlik uğur deyildi: görürük ki, ölkə
iqlim gündəliyində milli prioritetini davamlı şəkildə nümayiş
etdirir”,- deyə Espinosa vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir