Azərbaycanda əmlak sığortası üzrə ödənişlər artıb

Baş səhifə

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmlak sığortası üzrə 161,291 milyon manat sığorta haqqı toplanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 27,601 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 30,9 % çoxdur.

8 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 17,1 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 14,1 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 48,074 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,1 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53,7 manat olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir