MEDİA Agentliyində Özbəkistanın dövlət qurumlarının kommunikasiya nümayəndələri ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

29 sentyabr tarixində Medianın İnkişafı Agentliyində “Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində
əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”nin icrası çərçivəsində
Özbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya
məsul nümayəndələri ilə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Medianın
İnkişafı Agentliyi məlumat yayıb.




Bildirilib ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı
direktorunun müavini Natiq Məmmədli Azərbaycan və Özbəkistan
arasında media və kommunikasiya sahəsində münasibətlərin yüksələn
xətt üzrə inkişaf etdiyini qeyd edərək, bu əməkdaşlığın hər iki
ölkənin informasiya siyasətinin təkmilləşdirilməsinə, peşəkar
təcrübə mübadiləsinə və kommunikasiya institutlarının qarşılıqlı
fəaliyyət imkanlarının genişlənməsinə mühüm töhfə verdiyini
vurğulayıb.

Özbəkistan tərəfi Azərbaycanla media və kommunikasiya sahəsində
əməkdaşlığın gücləndirilməsinin strateji əhəmiyyət daşıdığını
vurğulayıb. Qeyd olunub ki, “Azərbaycan Respublikası ilə Özbəkistan
Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə
“Yol Xəritəsi” çərçivəsində həyata keçirilən layihələr dövlət
qurumlarının mətbuat xidmətləri arasında təcrübə mübadiləsini
genişləndirməklə yanaşı, onlar üçün yeni peşəkar inkişaf imkanları
da yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir