“AzərEnerji” EXPO 2025-də təqdimat keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xəbər verildiyi kimi, Yaponiyanın Osaka şəhərində keçirilən EXPO
2025 Dünya sərgisində Azərbaycan heyəti Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə qurulan “Yeddi Gözəl” pavilyonu ilə təmsil
olunur.

Sentyabrın 28-də “Azərenerji” ASC-nin nümayəndə heyəti
pavilyonda sərginin əsas istiqamətlərindən biri olan BMT-nin 17
Davamlı İnkişaf Məqsədi çərçivəsində görülən işlər barədə təqdimat
keçirib.




Təqdimatda xüsusilə üç istiqamət üzrə görülən tədbirlər
vurğulanıb: “Münasib və Təmiz Enerji”, “Məsuliyyətli İstehlak və
İstehsal” və “İqlim Dəyişikliyi ilə Mübarizə”. Bu mövzular üzrə
Yaşıl Enerji Zonalarının inkişafı, istehsal güclərində yeni
texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrinin sistemə
inteqrasiyası, eləcə də beynəlxalq enerji dəhlizlərində iştirakla
bağlı həyata keçirilən layihələr barədə məlumat verilib.

Təqdimat sərgi qonaqları tərəfindən maraqla qarşılanıb və
Azərbaycanda enerji sahəsində görülən işlər müsbət
qiymətləndirilib.