Zərdabda “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən Zərdab
rayonunda “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi
aylığı keçirilir.

Trend
xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi
Bölməsinin təşkilatçılığı ilə 3 saylı tam orta məktəbdə “Yol
hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin qarantıdır”
mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirdə çıxış edən polis əməkdaşları keçirilən tədbirin əsas
mahiyyətinin azyaşlıları yol hərəkəti təhlükəsizliyi qaydaları ilə
tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol
qəzalarının qarşısını almaq olduğunu bildiriblər.




Tədbir zamanı yollarda quraşdırılan yol nişanları, işıqforlar və
piyada keçidlərinin əhəmiyyətindən danışılıb, nişanlardan düzgün
istifadə qaydaları haqqında geniş məlumatlar verilib.

Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə
təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub, hərəkətin sıx və
intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı
olmalarının zəruriliyi çatdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir