
Bakı. Trend:
Sentyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə
səfərdə olan Çin Xalq Respublikasının təhsil nazirinin müavini
Jiangfeng Du ilə görüşüb.
Trend
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında təhsil
sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə
edilib.