Azərbaycan və Özbəkistan hərbi qulluqçularının birgə komanda-qərargah təlimi başa çatıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə
Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən “Məharət –
2025” kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa
çatıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim çərçivəsində təşkil olunan mədəni-kütləvi
tədbirlər zamanı Azərbaycan hərbi kontingenti Ümummilli Lider
Heydər Əliyevin abidə kompleksini, həmçinin Özbəkistan xalqının
İkinci Dünya müharibəsində göstərdiyi qəhramanlığın və fədakarlığın
rəmzi olan “Qələbə Parkı” və “Şan-Şərəf” Dövlət Muzeyini ziyarət
ediblər.




“Ssenariyə uyğun olaraq, təlim zamanı qanunsuz silahlı
birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması
məqsədilə xususi əməliyyatın planlaşdırılması, eləcə də
modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən praktiki
fəaliyyətlər icra edilib”.

Qeyd edilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə
Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2025-ci il üçün
ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində keçirilən təlimdə
qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə
yetirilib.

Sonda “Məharət – 2025” kompüter dəstəkli birgə komanda-qərargah
təlimində fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir