Gəncə stadionunun texniki imkanları çox genişdir – Elmir Mehdiyev

Baş səhifə

Gəncə. Trend:

Gəncə şəhərində tikilən stadionun imkanları çox genişdir və
UEFA-nın dördündü kateqroryasına daxil edilib.

Trend-in yerli müxbiri xəbər
verir ki, bu barədə Gənclər və İdman Naziyliyinin şöbə müdiri Elmir
Mehtiyev junalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, stadionun funksionallığı, texniki imkanları
olduqca genişdir:




“Stadionda eyni anda dörd komanda fəaliyyət göstərə bilər.Burada
müasir səsləndirmə sistemi qurulub,televizya yayım və işıqlandırma
sistemləri mövcuddur, eləcədə digər sistemlər tam müasir tələblərə
uyğun qaydada icra edilib. Artıq dünən stadion III MDB oyunlarının
açlış mərasimini qəbul edib. Bundan sonra da stadionda futbol
yarışları və digər beynalxalq yarışlar keçiriləcək”.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev III MDB
oyunlarından bir gün öncə stadionun açılışını edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir