
Yevlax. Trend:
Tikintisinə 2024-cü ildə başlanılan Yevlax Olimpiya İdman
Kompleksinin ərazisi 5,8 hektardır. Burada açıq havada idman
meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş,
cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes
və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb.
Trend xəbər
verir ki, bu sözləri Yevlax Olimpiya Kompleksinə təşkil olunmuş
media turda iştirak edən jurnalistlərə açıqlamasında Gənclər və
İdman Nazirliyinin şöbə müdiri Elmir Mehtiyev bildirib.
O həmçinin qeyd edib ki, kompleksdə iclas zalı, kafe, hakim,
məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik
mehmanxana binası da fəaliyyət göstərəcək.