AYİB özəl sektor layihələrinə 5 milyard dollar cəlb edərək iqlim keçidini dəstəkləyir – Real Hacıyev

Baş səhifə

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) üçün özəl sektor
əməliyyatlarımızın mərkəzində durur. Keçən il ümumi
investisiyalarımızın 74%-i birbaşa özəl sektor layihələri ilə bağlı
olub.

Trend xəbər
verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
nümayəndəsi Real Hacıyev Bakı İqlim Fəaliyyəti Həftəsində
(BCAW2025) çıxışı zamanı bildirib.

O qeyd edib ki, AYİB özəl sektorun təşəbbüsü ilə həyata
keçirilən investisiyalara təxminən 5 milyard ABŞ dolları cəlb
etməyə kömək edib: “Belə desək, AYİB yeni investisiyaların
açılmasına yardım edib. Kontekstə qoysaq, hər 1 ABŞ dolları 2 ABŞ
dolları həcmində əlavə investisiyanı cəlb etməyə imkan verir. Bu da
qlobal iqlim keçidinə dəstək verir.

Bəs bunu necə həyata keçirmək olar? Bunun bir neçə üsulu var. Ən
önəmlisi, əlbəttə ki, iri infrastruktur layihələridir. Məsələn,
bərpa olunan enerji layihələri, infrastruktur və əlaqələndirmə
layihələrini qeyd edə bilərəm. Hər bir layihədə biz iqlim keçidi və
qlobal prinsipləri layihənin strukturu daxilində tətbiq etməyə
çalışırıq”.




AYİb nümayəndəsi vurğulayıb ki, layihə sponsorlarını bu
elementləri daxil etməyə təşviq etmək üçün qarışıq maliyyələşdirmə,
texniki yardım və ümumi dəstək tədbirlərindən istifadə edilir: “Məsələn, Azərbaycanda keçən il COP tədbiri zamanı hökumətə ilk
bərpa olunan enerji hərraclarının təşkili üzrə dəstək verdik. Belə
ki, Qaradağ bölgəsində 100 MVt gücündə günəş panelləri hərrac yolu
ilə tender edilib və qalib Çin şirkəti olub. Beləliklə, biz həm
maliyyə cəlb etməyə, həm də bunun üçün uyğun siyasət mühitinin
yaradılmasına kömək edirik”.

R. Hacıyev əlavə edib ki, iqlim maliyyəsini cəlb etmək və
yönəltmək üçün AYİB-in əsas kanalı yerli maliyyə institutlarıdır: “Biz tərəfdaş banklar və maliyyə institutları ilə işləyərək vəsaiti
yerli şirkətlərə yönəldirik. Bu təsir adətən daha kiçik addımlarla
əldə edilir, iri infrastruktur layihələri qədər böyük olmur.
Məsələn, daha yaxşı izolyasiya tətbiq edən, itkiləri azaldan və ya
yağış suyundan istifadə edən şirkətlər daha əlverişli maliyyə
şərtləri ilə təşviq olunur.

Beləliklə, AYİB iqlim keçidini bu üsullarla həyata keçirir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir