
Bakı. Trend:
Paytaxtın Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai
rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli
marşrutda istismar olunan avtobuslar yenilənir.
Trend
xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, sentyabrın 30-dan sərnişinlərin xidmətinə
veriləcək 10 ədəd “King Long” markalı avtobus müasir, ekoloji
cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni
avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət
intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız
qaydadadır.
İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin
göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların
yenilənməsi mərhələli qaydada davam etdirilir.