Azərbaycan “yaşıl keçiddə” Danimarka yolunu təkrarlaya bilər – Dünya İqlim Fondunun rəhbəri (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Danimarkanın təcrübəsi göstərir ki, iqtisadiyyatı neft sektoruna
söykənən ölkələr də “yaşıl keçid”i uğurla başlada bilərlər.

Bunu Trend-ə Dünya
İqliim Fondunun baş icraçı direktoru Yens Nilsen “Bakı İqlim
Fəaliyyəti Həftəsi 2025” çərçivəsində özəl müsahibəsində deyib.




O qeyd edib ki, ölkədə COP-un keçirilməsi “yaşıl” gündəliyin
uzunmüddətli təşviqi üçün təmələ çevrilməkdədir.

“2009-cu ildə Kopenhagen COP-a ev sahibliyi edərkən Danimarka
əsasən Şimal dənizi neftinə çox bağlı olan ölkə idi. Amma məhz
həmin sammit bərpa olunan enerji sektoruna keçidin başlanğıcı oldu.
Ümid edirəm ki, oxşar proseslər Azərbaycanda da başlayacaq. Burada
Xəzər dənizində külək enerjisinin inkişafı üçün unikal şərait
mövcuddur, həmçinin təbii həllər və dayanıqlı kənd təsərrüfatı üçün
böyük potensial var”, – deyə Nilsen bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir