Azərbaycana külli miqdarda narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır

Baş səhifə

Bakı.Trend:

Külli miqdarda narkotik vasitəni ölkəmizə keçirməkdə
təqsirləndirilən İran vətəndaşları barəsində cinayət işinin
istintaqı yekunlaşıb.

Trend xəbər
verir kii, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, cari ilin fevralında Daxili İşlər Nazirliyi (DİN)
və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər dənizindən
qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin aşkar
edilərək götürülməsi faktı üzrə Baş Prokurorluğun İstintaq
idarəsində ibtidai istintaq aparılıb.




“İstintaqla İran İslam Respublikası vətəndaşları Kəlte
Eydməhəmməd Anaməhhəmməd oğlu, Hacı Muradi Əbdülnasir İlyas oğlu,
Fərdcu Şərif Rəcəbməhəmməd oğlu, Kər Fərzad Anatağun oğlunun Qızıl
Qaffar Nurməhəmməd oğlu, Qaranejad Behzad Əbdülqəfur oğlu, Qızıl
Qaffar Nurməhəmməd oğlu və Qaranejad Behzad Əbdülqəfur oğlunun və
qeyrilərinin mütəşəkkil dəstə halında cari il fevralın 2-dən 3-nə
keçən gecə iki qrupa bölünməklə Xəzər dənizi istiqamətində
Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini
nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək birinci qrupun
Şahdəniz yatağının cənub-şərqi istiqamətində və digər qrupun isə
Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın sahil ərazisinə
yaxınlaşması və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən
qurumlar tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində
saxlanılarkən idarə etdikləri qayıqlardan xüsusilə külli miqdarda
narkotik vasitə sayılan – 11 kq 25 qram olan qurudulmuş marixuana,
1 kq 370 qram heroin və 170 qram çəkidə 4400 metadon həbləri aşkar
edilərək götürülüb”.

Qeyd edilib ki, toplanmış sübutlar əsasında Qızıl Qaffar
Nurməhəmməd oğlu, Qaranejad Behzad Əbdülqəfur oğlu, Kəlte
Eydməhəmməd Anaməhhəmməd oğlu, Hacı Muradi Əbdülnasir İlyas oğlu,
Fərdcu Şərif Rəcəbməhəmməd oğlu və Kər Fərzad Anatağun oğluna
Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilən
qaçaqmalçılıq), 234.4-1-ci (narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda
törədildikdə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və
ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının mühafizə olunan
dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət
sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi)
maddələri ilə ittiham elan edilərək cinayət işi aidiyyəti üzrə
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir