III MDB Oyunları: Azərbaycanın daha bir atıcısı gümüş medal qazanıb – YENİLƏNİB

Baş səhifə

Azərbaycanın daha bir atıcısı gümüş medal qazanıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, III MDB Oyunları çərçivəsində Qəbələ atıcılıq mərkəzində keçirilən atıcılıq üzrə yarışlar davam edir.

Azərbaycan idmançısı Mürtəza Novruzlu stend atıcılığında (trap növü) ikinci olub.

Özbəkistanlı Azamat Kayumov qızıl medal sahibi olub. Rusiyalı Kiril Baqrov isə üçüncü yeri tutub.

Qeyd edək ki, daha öncə Azərbaycan atıcısı Nərmin Cəfərova III MDB Oyunlarında gümüş medal qazanıb.

***

18.04

Azərbaycan atıcısı gümüş medal qazanıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, III MDB Oyunları çərçivəsində Qəbələ atıcılıq mərkəzində keçirilən atıcılıq üzrə yarışlar davam edir.

Azərbaycan atıcısı Nərmin Cəfərova stend atıcılığı (trap növü) üzrə yarışlarda ikinci yeri tutub.

Qızıl medalı rusiyalı atıcı Alin Axatova, bürünc medalı isə qazaxıstanlı Nargiza Sarmanova qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir