Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur

Baş səhifə

Bakı. Trend:

Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.
Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin
münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəal
dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən
görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin
əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər
verir.

Trend xəbər verir ki, bu
fikirlər Prezident İlham Əliyevin milli bayram münasibətilə Çin
Xalq Respublikasının Sədri Si Cinpinə ünvanlandığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı məktubunda həmçinin qeyd edib: “Aprel
ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında
hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında
Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə
qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini
gücləndirmişdir”.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan ilə Çin
arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan
münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində
inkişafı məmnunluq doğurur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir