
Bakı. Trend:
Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi
mümkündür.
Trend xəbər verir ki, bunu
“INMerge” innovasiya sammiti çərçivəsində təşkil edilən panel
müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev
jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, burda daha mürəkkəb məsələ bu prosesin necə
və hansı yolla təşkilidir.
“ilk növbədə buraxıla biləcək səhvləri anlamaq vacibdir. Bu
sahədə əvvəlcə hansı yanlışlıqlara yol verməmək məsələsi
düşünülməlidir.
Mən hər dəfə innovasiya və ya yeni sahələrdən danışanda “yaşıl
təhsil”, “yaşıl iqtisadiyyat” və ya “bərpa olunan enerji”ni misal
gətirirəm. Məsələn keçən il Azərbaycan COP 29 tədbirinə ev
sahibliyi etdi və böyük müzakirə mövzusu o idi ki, bərpa olunan
enerjini Azərbaycanda necə inkişaf etdirə bilərik.
Ən çox səslənən cavab bu idi: “Gəlin, bərpa olunan enerji üzrə
magistr proqramı yaradaq”.
O əlavə edib ki, bu, innovasiya ilə də oxşardır.
“Əgər siz innovasiya və sahibkarlıq üzrə magistr proqramlarının
sayını artırmağa başlasanız, bu, o demək deyil ki, mütləq sahibkar
məzunlar yetişəcək. Bu, proqramlardan da uzağa gedir, əslində,
məsələnin kökü cəmiyyətin, yeni nəsillərin necə yetişdirilməsi,
hansı mədəniyyətlə böyüdülməsi ilə bağlıdır”, – nazir qeyd
edib.