Azərbaycan Məzunlar Assosiasiyasının təşkilatçılığı ilə “İllik Məzunlar Qalası” keçirilib

Baş səhifə

Azərbaycan Məzunlar Assosiasiyasının təşkilatçılığı ilə “İllik Məzunlar Qalası” keçirilib. Qalada ABŞ-da təhsil almış azərbaycanlı tələbələr və digər qonaqlar iştirak edib.

APA xəbər verir ki, tədbirdə IVLP (Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı) çərçivəsində ABŞ-da təhsil almış 8000-dən çox azərbaycanlı tələbənin ikitərəfli əlaqələrə töhfələrindən söz açılıb.

Mərasim ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Emi Karlonun çıxışı ilə başlayıb.

O, “IVLP”-nin qurulmasından bəri-85 il ərzində bu proqram sayəsində dünyanın bütün yerlərindən, o cümlədən Azərbaycandan minlərlə tələbənin ABŞ-da təhsil aldığını və müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə etdiyini bildirib.

Ardınca “IVLP” çərçivəsində ABŞ universitetlərindən məzun olmuş azərbaycanlı tələbələrin təltif olunması baş tutub.

Tədbir bədii hissə ilə başa çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir