
Bakı. Trend:
Qarabağ Universitetində Təbiət Elmləri, Sosial və Humanitar
Elmlər, həmçinin Hüquq fakültələrinin binaları tikiləcək.
Trend-in
məlumatına görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin
Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq
işlərə başlayıb.
Hazırda fakültə binalarının tikintisi üzrə layihə-smeta
sənədlərini hazırlayacaq şirkətin müəyyənləşdirilməsi prosesi
gedir.
Qurum sözügedən layihə-smeta sənədlərinin hazırlanmasının 1,4
milyon manata başa gələcəyini proqnozlaşdırır.

