
Bakı. Trend:
“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını Almaniya
Bundesliqasında davam etdirə bilər.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, “Bavariya” serbiyalı forvardı transfer
etmək istəyir.
Bundesliqa nəhəngi Vlahoviçi Harri Keynin uzunmüddətli
əvəzləyicisi kimi düşünür.
“Bavariya” klubu ilə müqaviləsi gələn ilin yayında başa çatan 25
yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.

