Məzunlarımız ABŞ və Azərbaycan arasındakı münasibətlərin döyünən ürəyidir – Rendi Koul

Baş səhifə

Bakı. Trend:

Məzunlarımız Amerika Birləşmiş Ştatları ilə Azərbaycan
arasındakı münasibətlərin döyünən ürəyidir.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin
mədəniyyət məsələləri üzrə müşaviri Rendi Koul Amerika
universitetlərinin azərbaycanlı məzunları üçün illik qala gecəsi
çərçivəsində bildirib.

Onun sözlərinə görə, bu gün biz təkcə məzunlarımızın uğurlarını
deyil, həm də Azərbaycan və Amerika Birləşmiş Ştatları xalqları
arasında möhkəm tərəfdaşlığı qeyd edirik.




“Bizi – insanları, icmaları birləşdirən məhz məzunlardır.
Onların ölkənin hər yerində – Gəncə, Lənkəran, Şəki və bir çox
başqa şəhərlərdə gördüyü işlər xalqlarımız arasında əlaqələri
möhkəmləndirir, cəmiyyətin inkişafına real müsbət töhfə verir”, –
deyə Rendi Koul bildirib.

Onun sözlərinə görə, bu iş avqustun 8-də Ağ Evdə prezident
Donald Trampın vasitəçiliyi ilə sülh sənədinin imzalanmasından
sonra bu gün xüsusi əhəmiyyət kəsb edir:

“Azərbaycan və Ermənistan öz tarixlərində yeni səhifə açdığı bir
vaxtda məzunlarımızın töhfələri sülhün möhkəmlənməsi və gələcək
nəsillər üçün yeni imkanların yaradılması üçün əsas olacaqdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir